12:02 - 20.07.2022
20 iyul, Fineko/abc.az. Bu ilin iyun ayında Böyük Britaniyada illik inflyasiya 9,4% təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə ONS Milli Statistika İdarəsi məlumat yayıb. Böyük Britaniyada inflyasiya təzyiqinin artması daha çox ərzaq məhsullarının və enerji daşıyıcılarının qiymətlərinin artması ilə əlaqələndirilir.
Xatırladaq ki, bu ilin may ayında Böyük Britaniyada inflyasiya 9,1% təşkil edib.