14:12 - 18.07.2022
18 iyul, Fineko/abc.az. Azərbaycanda maşın bazarında bahalaşma müşahidə olunur.
ABC.AZ xəbər verir ki, bahalaşma əsasən “ikinci əl” avtomobillərdə nəzərə çarpır. Bu barədə maşın alverçiləri bildirib.
Onlar iddia edir ki, bahalaşma təxminən 20-25 faiz civarındadır. "Bahalaşmaya səbəb isə "Aİ-95" oktanlı yanacağın bahalaşmasıdır. Bu oktanlı yanacağın istifadəsi kütləvi olmasa da, qiymət artımı “ikinci əl” avtomobillərə təlabatı artırıb. Təlabat artığı üçün isə qiymətdə bahalaşma müşahidə olunur”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, 13 iyundan etibarən “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşaraq 2 manat olub.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026