17:18 - 14.07.2022
14 iyul, Fineko/abc.az. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin inşası 2022-ci ilin sonuna qədər başa çatdırılmalıdır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Business Media” nəşri yazıb. Gürcüstan ərazisində layihəyə cavabdeh olan “Marabda-Kartsaxi” MMC-nin maliyyə hesabatına istinadla qeyd edilib ki, tikinti işlərinin yekunlaşdırılması ilə bağlı yeni tarix bu ilin fevralın 24-də İkitərəfli Koordinasiya Şurasının 32-ci toplantısında razılaşdırılıb. Sənədə əsasən,
BTQ layihəsinin tam başa çatdırılmasından sonra ilk mərhələdə 5 milyon ton yükün daşınacağı təxmin edilir.
Hesabatda vurğulanıb ki, dəmir yolunun Gürcüstan hissəsindəki Axalkalaki stansiyasında konteynerlər və müxtəlif növ yüklərə xidmətlərin göstərilməsi üçün infrastruktur yaradılıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026