16:51 - 14.07.2022
14 iyul, Fineko/abc.az. İyun ayında İsveçdə inflyasiya 8,5 faizə yüksəlib.
Bu, ölkədə inflyasiyanın maksimum həddinin 7,8 faiz olduğu 1991-ci ildən bəri ən yüksək göstəricidir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Statistika Bürosu məlumat yayıb.
“May ayında ölkədə inflyasiya 7,2 faiz təşkil edib. Ərzaq, elektrik enerjisi və yanacağın qiymətlərinin bahalaşması inflyasiyaya ən çox təsir edən amillər olub”, - deyə Mərkəzi Statistika Bürosunun analitiki Sofi Eman bildirib. Onun sözlərinə görə, aylıq dəyişikliyə həm də yanacaq xərclərinin artması nəticəsində yüksək nəqliyyat qiymətləri təsir edib.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026