17:30 - 13.07.2022
13 iyul, Fineko/abc.az.İyun ayında ABŞ-da inflyasiya illik 9,1 faizə yüksəlib (istehlakçı qiymətləri indeksi iyunda ötən ilin iyun ayı ilə müqayisədə 9,1% artıb).
ABC.AZ xəbər verir ki, iqtisadçıların proqnozu 8,8 faiz idi.
Beləliklə, inflyasiya rekord yeniləyib. Mayda inflyasiya illik 8,6 idi. İnflyasiya aylıq 1,3 faiz təşkil edib (istehlakçı qiymətləri indeksi may ayı ilə müqayisədə iyunda 1,3% artıb). Proqnoz 1,1 faiz idi.