11:07 - 13.07.2022
13 iyul, Fineko/abc.az. Bildiyiniz kimi rəsmi Berlin bir müddət əvvəl Rusiya neftindən imtina edəcəyini açıqlamışdı.
ABC.AZ xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şoltsun iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis açıqlayıb.
Onun sözlərinə görə, Almaniya, həmçinin dekabrın 31-dən Rusiya neftindən də imtina edəcək. O qeyd edib ki, bununla yanaşı Almaniya avqustun 1-dən etibarən Rusiyadan kömür alışını tamamilə dayandıracaq. Kukis qeyd edib ki, indi Almaniya üçün əsas və kifayət qədər çətin tapşırıq gələcəkdə Rusiya qazından imtina etməyin həlli yollarını tapmaq olacaq. Müəllif: Elmir Murad