17:07 - 22.05.2018
22 may, Fineko/abc.az. Azərbaycan, Belarusun “Hökumət buludu” (G-cloud) sisteminə inteqrasiya təcrübəsini öyrənir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir ki, qurumun nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC, Minskdə keçirilmiş XXV TIBO-2018 sərgisi çərçivəsində Belarus təcrübəsini öyrənmişdir.
“Xüsusilə həllər, inteqrasiya, istifadənin tendensiyaları, G-buludun yaradılması və ona keçid öyrənilmişdir”, - məlumatda belə deyilir.
“Hökumət buludu”nun yaradılması Azərbaycanın telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuşdur.
27 İyul 2026