14:03 - 21.06.2022
21 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfərinə gedib.
ABC.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
8 Avqust 2026
8 Avqust 2026