“Sputnik"in Azərbaycan üzrə baş redaktoru ölkədən çıxarılır - Detallar

11:47 - 10.06.2022


10 iyun, Fineko/abc.az. Azərbaycanda da filialı olan “Sputnik" İnformasiya Agentliyinin Azərbaycan üzrə saytının baş redaktoru Antonava Tryzno Veranika və onun həyat yoldaşı Antonov Pavelin Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib.

ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Belə ki, imtinadan sonra onların müvəqqəti yaşama icazələri ləğv edilib.

Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər. Qeyd edək ki, ölkədə iş icazəsinin uzadılması ilə bağlı edilən müraciətə imtina zamanı avtomatik olaraq yaşayış icazəsi də ləğv edilir. Onların hazırkı iş icazəsinin müddəti bir illik idi və icazənin uzadılmasına imtina verildiyi barədə məlumat diqqətlərinə çatdırılıb. İnzibati İcraat haqqında Qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.