Azərbaycanda idxal infilyasiyası qaçılmazdır - Vüqar Bayramov

10:51 - 10.06.2022


10 iyun, Fineko/abc.az. Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat sözlərinə belə davam edib:

"Hər iki ölkənin dünya buğda ixracatında birgə payı 30 faiz, qarğıdalı, mineral gübrələrdə satışında 20 faiz idi. Neftin 11 faizi bu regiondan ixrac olunurdu. Göründüyü kimi, qlobal ərzaq qıtlığı və qiymət artımları 2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi olaraq qalmaqdadır. Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal infilyasiyası qaçılmazdır. Bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infiliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi".

Müəllif: Elmir Murad