10:13 - 10.06.2022
10 iyun, Fineko/abc.az. BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid Azərbaycan xarici işlər nazirinin dəvəti ilə iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdə olacaq.
BMT-nin Azərbaycan nümayəndəliyindən ABC.AZ-a verilən məlumata görə, prezident Şahid iyunun 13-də Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Baş Assambleya prezidentinin Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşü gözlənilir.
Elə həmin gün Abdulla Şahid ADA Universitetində gənclər və müəllimlərlə görüş keçirəcək. Səfər xərclərini BAPO-nun Etimad Fondu və Azərbaycan Hökuməti qarşılayacaq.
8 Avqust 2026
8 Avqust 2026