16:39 - 6.06.2022
6 iyun, Fineko/abc.az. Azərbaycanda inflyasiya müəyən olunmuş səviyyədən yüksəkdir ki, bunun da əsas hissəsini idxal olunmuş inflyasiya təşkil edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
"Son illərdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin apardığı islahatların nəticəsidir ki, biz bu gün tək real artım səviyyəsində deyil, nominal artım səviyyəsində ÜDM-yə adekvat gəlirləimizin artırılmasını təmin edə bilərik",- A.Bayramov bildirib. Onun sözlərinə görə, neft sahəsi ilə bağlı proqnozlarda bəyan olunmuş qiymətlər bəllidir və "bəxtimiz gətirir ki, qiymət kifayyət qədər yüksək istiqamətdədir".
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026