Subsidiyanı artırmaq məcburiyyətində qalacağıq - İlhamə Qədimova

15:18 - 6.06.2022


6 iyun, Fineko/abc.az. Fermerlərin ərzaqlıq buğda istehsalına çəkdiyi xərclərə uyğun olaraq subsidiya məbləği dəyişə bilər.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

O qeyd edib ki, biz buğdaya subsidiyanın yüksək verilməsini bəlkə bu gün tənqid edə bilərik. Nazir müavini sözlərinə daha sonra belə davam edib:

"Ərzaqlıq buğdanın əhəmiyyətli hala gəldiyi bir vaxtda, əgər deyilsə ki, ərzaqlıq buğda bizdə niyə daha çox istehsal edilmir? Xərclərə baxdıqda bunu istehsal etmək üçün fermerin iki qat xərc çəkəcəyi tələbi ilə qarşılaşdıqda, biz həmin subsidiyanı artırmaq məcburiyyətində qalacağıq. Bu, bugünkü dövrün və ya bugünkü dünyanın gətirdiyi tələblər istiqamətində subsidiyanın müxtəlif indikatorlara bağlı olaraq dəyişə biləcəyini göstərir”.