12:30 - 6.06.2022
6 iyun, Fineko/abc.az. Rusiya və Türkiyə taxıl yüklü gəmilərin Ukraynanın liman şəhəri Odessadan yola salınması üçün müvəqqəti plan barədə razılığa gəliblər.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, plana görə, Türkiyə Silahlı Qüvvələri Odessanın sahil bölgəsində minaların təmizlənməsinə cavabdeh olacaq.
Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər türk gəmiləri, buradan isə Boğaza qədər Rusiya hərbi gəmiləri müşaiyət edəcək.
Yol xəritəsinin Rusiya xarici işlər naziri Sergey Lavrovun 8-9 iyun tarixlərində Türkiyəyə səfəri zamanı gündəmdə olacağı gözlənilir.
Kremlin sözçüsü Dmitri Peskov Lavrovun Ankaraya səfəri zamanı taxıl məsələsinin də müzakirə olunacağını təsdiqləyib.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026