10:15 - 3.06.2022
3 iyun, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri 20463,2 milyon manat və ya hər nəfərə orta hesabla 2037,5 manat təşkil edib.
Bu barədə ABC.AZ-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Rəsmi rəqəmlərə əsasən, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 18135,0 milyon manatlıq vəsait qalıb.
2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809,0 manat təşkil edib.
Əmək haqqı neft-qaz sektorunda 3605,8 manat, qeyri neft-qaz sektorunda 754,8 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 754,8 manat, özəl müəssisələrdə isə 872,6 manatdır.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026