14:50 - 27.05.2022
27 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7%, neft sektorunda xarici və yerli subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan daxilolmalar 45% artıb.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbaro Twitter səhifəsində yazıb.
“Bu ilin yanvar-aprel aylarında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib. Bu dinamika iqtisadiyyatın şaxələndirilməsi, şəffaflaşmanın miqyasının genişləndirilməsi və vergi inzibatçılığının keyfiyyətinin artırılmasının nəticəsidir", - nazir qeyd edib.
18 Avqust 2026