10:03 - 24.05.2022
24 may, Fineko/abc.az. Metal məmulatlarının istehsalı ilə məşğul olan “EKSPRESS-C” ASC adını dəyişib.
ABC.AZ xəbər verir ki, 4 may 2022-ci il tarixində “EKSPRESS-C” Açıq Səhmdar Cəmiyyəti adını dəyişdirərək “AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyəti kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınıb.
“Ekspress-C” ASC-nin zavodu Qobustan rayonu, Navahi qəsəbəsində yerləşir.
21 Avqust 2026
21 Avqust 2026