16:54 - 23.05.2022
23 may, Fineko/abc.az. BVF Azərbaycanda fiskal islahatlarla bağlı may ayının 20-də yeni hesabat açıqlayıb.
ABC.AZ xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, müvafiq hesabat BVF missiyasının 2021-ci ilin may və avqust ayları üzrə ölkədə apardığı araşdırma və tədqiqatlara əsaslanır.
Hesabatda ölkədə dövlət maliyyə statistikasının (GFS) vəziyyətinin ümumilikdə akdekvat olması vurğulanıb. Eyni zamanda, GFS-in daha geniş dövrləri əhatə edən və qərar qəbuletmə proseslərinə təsirini gücləndirmək məqsədi ilə missiya qrupu tərəfindən 1 illik xüsusi tədbirlər planı hazırlanıb.
Hazırda Azərbaycanda GFS üzrə mövcud olan infrastruktur və hesabatlılığın xüsusiyyətləri barədə məlumatlar hesabatda qeyd olunub. Ötən illər ərzində Azərbaycanın GFS-in tərtibi və yayımlanması üçün institusional infrastrukturun qurulması istiqamətində addımlar atması hesabatda əks olunub.
18 Avqust 2026