Moody's-dən yüksək inflyasiya xəbərdarlığı - Sosial gərginlik yarana bilər

15:31 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Beynəlxalq kredit reytinqi agentliyi Moody's Ukrayna müharibəsi ilə bağlı xəbərdarlıq edib.

ABC.AZ-ın məlumatına görə, agentlik sözügedən məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, müharibə uzun müddət davam edərsə savaşın mənfi təsirləri yüksək inflyasiyaya səbəb ola bilər.

Bununla yanaşı müharibənin sosial gərginliyi daha da artıra biləcəyi qeyd edilib.

Bəyanatda Rusiya-Ukrayna müharibəsinin potensial riskləri artırdığı, mövcud vəziyyətin ölkələrin kredit keyfiyyətinə təsirlərinin borc yükü, ödəmə qabiliyyəti və siyasi risklərdən asılı olaraq dəyişə biləcəyi bildirilib.