"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" şirkət yaratdı

11:29 - 27.04.2022


27 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki "Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət" MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, bu barədə Xidmətin "Vergilər" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69a, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Samir Teymur oğlu Məmmədovdur.