17:19 - 26.04.2022
26 aprel, Fineko/abc.az. 2022-ci ilin ikinci rübündə Qarabağda “KamAZ” şirkətinin zavodunun istifadəyə verilməsi planlaşdırılır.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.
Onun sözlərinə görə, tərəflər ticari-iqtisadi əməkdaşlığın inkişafı üzərində işləməyi davam etdirəcək.
“Bu il ərzində Rusiya və Azərbaycan müxtəlif sahələrə aid bir sıra tədbirlər keçirəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində aktiv işi davam etdirmək lazımdır. Bu ilin dördüncü rübündə Azərbaycanla sərhədin Rusiya tərəfində sərhəd keçidinin rekonstruksiyasını başa çatdırmaq, eləcə də keçid zolaqlarının sayını artırmaq planlaşdırılır”, - deyə o bildirib.
21 Avqust 2026
21 Avqust 2026