Prezident rusiyalı diplomatı qəbul edib

12:05 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev aprelin 25-də qəbul keçirib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçısı Rusiyanın Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.