16:32 - 10.05.2018
10 may, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət orta müddətli istiqrazları (DOİ) yerləşdirəcək.
BFB-in məlumatında deyilir ki, mayın 15-də hər birinin nominal dəyəri 100 AZN olmaqla, 30 milyon manat həcmində DOİ satışına dair hərrac keçiriləcək.
“Tədavül müddəti 728 gün, faiz gəliri isə 8% təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” çıxış edəcək, - birjanın məlumatında belə deyilir.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026