17:19 - 19.04.2022
19 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.
ABC.AZ xəbər verir ki, "World Economıc Outlook" hesabatının aprel buraxılışına görə, 2023-ci ildə isə 2,6%-lik artım gözlənilir.
Qeyd edək ki, BVF-nin oktyabr proqnozunda 2022-ci il üçün 2,3%-lik artım vəd edilirdi.
Digər proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyinə görə, bu il ölkədə real ÜDM artımı 3,9%, Asiya İnkişaf Bankının gözləntisinə görə isə ÜDM 3,7% artacaq. Dünya Bankının son proqnozuna görə isə real böyümə 2,7% təşkil edəcək.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 5,6% artıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026