Bu qurumların Çağrı Mərkəzlərindən narazılıq var - Siyahı

15:50 - 11.04.2022


11 aprel, Fineko/abc.az. MTM (Media Təhlil Mərkəzi) dövlət və özəl qurumların Çağrı Mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu keçirib.

ABC.AZ xəbər verir ki, bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda Çağrı Mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb. Yuxarıdakı meyarlar nəzərə alınmaqla qurumların Çağrı Mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə qiymətləndirilib. Sorğuda dörd qurumun Çağrı Mərkəzinin fəaliyyətinə ən aşağı bal (0-2) verilib. Bunlar Müdafiə Nazirliyi (Xətt daim məşğuldur və çalışmır), Müdafiə Sənayesi Nazirliyi (Nazirliyin əlaqə nömrələri işləmir), "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC (ASC-yə məxsus əlaqə nömrələri fəaliyyət göstərmir), Ombudsman (Çağrı Mərkəzinin nömrəsi işləmir) və Mədəniyyət Nazirliyidir (Qaynar xətt xidməti fəaliyyət göstərmir).

Sorğunun nəticələri ilə daha ətraflı bu linkdən tanış ola bilərsiniz.