Macarıstanda inflyasiya son 15 ilin ən yüksək səviyyəsinə çatıb

16:15 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Macarıstanda inflyasiya seçkiqabağı rekord xərclər, valyutanın dəyər itirməsi və neft qiymətlərindəki artım kimi təsirlərlə mart ayında yüksəlməyə davam etdi.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ölkədə istehlak qiymətləri indeksi mart ayında illik 8,5 % artımla 2007-ci ildən bəri ən böyük artımı qeydə alıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamasını 8,8 % təşkil edib.

Rusiyanın Ukraynaya müdaxiləsi inflyasiya təzyiqlərini artırdı və bu, yüksəlişdə təsirli oldu. Beləki ,Fevralın 24-dən sonra Macarıstanın pul vahidi forint avro qarşısında yüzdə 5-ə yaxın ucuzlaşaraq ən çox dəyər itirən pul vahidi oldu.

Macarıstan Mərkəzi Bankı dünən bir həftəlik əmanət faizini dəyişməyərək 6,15 % səviyyəsində saxlayıb. Bu isə Aİ-də ən yüksək faiz dərəcəsidir.