10:42 - 5.04.2022
5 aprel, Fineko/abc.az. Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır.
ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Koreyanın Azərbaycandakı səfiri Lee Eun-yong arasında keçirilmiş görüşdə qeyd edilib.
Danışıqlar zamanı Azexport.az, Dth.az və Enterpriseazerbaijan.gov.az portalları və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi haqqında səfirə ətraflı məlumat verilib.
V.Qasımlı Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından Zəngəzur kolidorunun açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə Koreyanın beyin mərkəzləri ilə birgə tədqiqatların aparılmasının hər iki ölkənin maraqlarına xidmət edəcəyini vurğulayıb. Görüşdə İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması barədə razılıq əldə edilib.
18 Avqust 2026