14:26 - 31.03.2022
28 mart, Fineko/abc.az. “Azərişıq”ASC-nin Kəlbəcər rayonu, Alagöllər yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması üçün Açıq tender elan edib.
Tenderdə iştirak haqqı 1500 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 28.04.2022 12:00 tarixinə qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Namiq Heybətov, [email protected]