Prezident britaniyalı naziri qəbul edib

15:09 - 30.03.2022


30 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 30-da Böyük Britaniyanın silahlı qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasında Azərbaycanın iştirakı qeyd edilib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə post-münaqişə dövründə gedən proseslər barədə danışıb.