17:08 - 18.03.2022
18 mart, Fineko/abc.az. S&P reytinq agentliyi Rusiyanın reytinqini CCC-dən CC-yə endirib, çünki Rusiya istiqrazlarının sahibləri ödənişi almayıblar.
ABC.AZ xəbər verir ki, Rusiyanın ödəniş problemləri onun Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən beynəlxalq sanksiyalarla bağlıdır.
Sanksiyalar ölkənin mövcud valyuta ehtiyatlarını azaldıb və qlobal maliyyə sisteminə çıxışı məhdudlaşdırıb.
"Rusiya Maliyyə Nazirliyinin açıqladığı bəyanatlar hökumətin indi ödənişləri istiqraz sahiblərinə köçürməyə çalışdığını göstərsə də, biz hesab edirik ki, yaxın bir neçə həftə ərzində ödənilməli olan Rusiya avrobondları üzrə borc xidməti ödənişləri də oxşar texniki çətinliklərlə üzləşə bilər”, - agentlik bildirib.
18 Avqust 2026