Nazirliyə məxsus şirkət auditor axtarır

16:05 - 18.03.2022


18 mart, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC 2021-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 05.04.2022 18:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Etibar Məlikov, telefon : (+99450) 5296236