14:00 - 17.03.2022
17 mart, Fineko/abc.az. "AzerGold” QSC-nin strateji planına əsasən, yeni “Greenfield” layihələri ilə yanaşı, 2022-ci ildən 2029-cu ilədək 4 qızıl, 1 polimetal, 3 mis və 2 dəmir filizi yatağı olmaqla, ümumilikdə 10 yatağın istismara verilməsi hədəflənir.
ABC.AZ-ın məlumatına görə, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədr müavini Xəyyam Fərzəliyev kitab təqdimatında bildirib.
O qeyd edib ki, bir neçə perspektiv sahədə kəşfiyyat və tədqiqat işləri plan üzrə icra edilir: "Cəmiyyət tərəfindən fəaliyyət dövrü ərzində, ümumilikdə 240 min metrə yaxın buruq-qazma işləri görülüb ki, bu da ölkənin dağ-mədən sənayesi üzrə yüksək göstərici hesab olunur. 2017-ci ildə Cəmiyyətin 179 min qızıl ekvivalentində unsiya olaraq hesablanmış metal ehtiyatları 4,4 milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə artırılıb".
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026