12:18 - 2.03.2022
2 mart, Fineko/abc.az. Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar yüz nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb.
Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait yaranan kimi Bakıya təxliyə olunacaqlar.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026