17:18 - 1.03.2022
1 mart, Fineko/abc.az. 2021-ci ildə Azərbaycan kartof ixracını 13,5% artırıb, idxal 2020-ci ildəki səviyyədə qalıb.
ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycan $40 milyon 777,41 min dəyərində (artım 18,6%) 92,343 min ton kartof (artım 13,5%) ixrac edib. İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə $38 milyon 476,56 min dəyərində (artım 24,9%) 85,412 min ton kartof (artım 23,3%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 92,5%-i RF-nin payına düşüb. 2021-ci ildə Azərbaycana $44,732 milyon dəyərində (azalma 9,7%) 182,901 min ton kartof (artım 0,1%) idxal edilib. Azərbaycana kartofun əsas tədarükçüsü İran olub. Bu ölkədən $40 milyon 4,46 min dəyərində 164,544 min ton kartof idxal edilib.
2020-ci ildə Azərbaycan $33 milyon 786,21 min dəyərində 81,388 min ton kartof ixrac edib.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026