15:44 - 25.02.2022
25 fevral, Fineko/abc.az. Bir sıra avtomobil istehsalçısı Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya yeni avtomobillərin tədarükünü dayandırıb. ABC.AZ-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, "Audi" və "General Motors" tərəfindən fevralın 24-dən Rusiyaya avtomobillərin tədarükünü qeyri-müəyyən müddətə dayandırılıb.
Yaxın vaxtlarda "Skoda", "Porsche" və "Volkswagen Commercial Vehicles" brendlərinin sahibi olan "Volkswagen" konserni də analoji qərar qəbul etməlidir.
Yeni avtomobillərin Rusiyaya ixracı "Jaguar Land Rover" konserni tərəfindən də dayandırılıb.
14 Avqust 2026
14 Avqust 2026