15:15 - 25.02.2022
25 fevral, Fineko/abc.az. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə ən zəngin rusiyalı iş adamlarının sərvəti 39 milyard dollar azalıb.
ABC.AZ xəbər verir ki, bunu “Bloomberg” nəşri yazıb.
Hazırda xeyli pul itirən milyarderlər siyahısına “LUKoil”in prezidenti Vahid Ələkbərov başçılıq edir. Onun sərvəti bir gündə 6,2 milyard dollar azalaraq 13 milyard dollara düşüb.
Rusiyalılar arasında “Bloomberg” milyarderlər indeksinə başçılıq edən “Nornikel”in prezidenti Vladimir Potanin təxminən 3 milyard dollar itirib (sərvəti 26,1 milyard dollar olub). “Severstal”ın Direktorlar Şurasının rəhbəri Aleksey Mordaşovun itkiləri 4,2 milyard dollar (var-dövləti 23 milyard dollara düşüb) təşkil edib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026