Sahibkarların hansı səbəbdən sanksiyalara məruz qaldığı açıqlandı

14:51 - 25.02.2022


25 fevral, Fineko/abc.az. “Sahibkarlar bəzən hər -hansı texniki səhv ucbatından sanksiyalara məruz qalır”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

S.Musayeva qeyd edib ki, dövlət orqanları arasında inteqrasiya gücləndirilməklə bir sahibkarın bir neçə dövlət qurumundan eyni sənədlərin verilmə zərurəti aradan qaldırılacaq:

“Vergi orqanı əldə etdiyi məlumatlardan istifadə etməklə vergi ödəyicisini vaxtında xəbərdar etmək, məlumatlandırmaq, avtomatik xəbərdarlıq bildirişləri formalaşdırmaqla riskləri aradan qaldırmaq üçün inzibatçılıq tədbirləri görür. Təbii ki, çağırışların həll olunması, yaxud daha da təkmilləşmənin aparılması üçün hələ də inzibatçılıq təkmilləşdirilmələri ilə bağlı tədbirlər həyata keçirilə bilər".