12:33 - 25.02.2022
25 fevral, Fineko/abc.az. Yeni yaranan virtual məkan dünyada virtual mağaza açmaq, xidmət göstərmək və bu zaman kriptovalyutalardan ödəniş etmək kimi üsullar, gəlirin və mənfəətin müəyyən edilməsi ilə vergiyə cəlb edilməsi yönümündə ciddi çağırışlar yaradır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Forumda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyat həmçinin, əlavə dəyər vergisi üçün də ciddi çağırışlar yaradır.
"Xüsusilə, əmtəə və xidmətlərin, qeyri-maddi malların xaricidəki təsisatçılardan birbaşa istehlakçılar tərəfindən əldə edildiyi zaman bu çağırışlar vergi siyasəti üçün ciddi çağırışlar yaratmaqdadır. Bu sistem kiçik bizneslərin sayını kəskin şəkildə artırır. Məsələn, klassik biznesdə bir məhsulun istehlakçılara çatdırmaq üçün yerli biznes subyektlərinin (mağazaların) mövcudluğu əsas şərtdir. Bu zaman vergitutma siyasəti də həmin bu mağazanın fəaliyyətinə yönəlir. Amma informasiya texnologiyalarının inkişafı ilə istehlakçıların birbaşa məhsulları və xidmətləri qeyri-rezidentdən sifariş edə bilməsi klassik vergi siyasəti üçün ciddi çağırışlar yaradır", - deyə T.Mirkişili qeyd edib.