11:33 - 25.02.2022
25 fevral, Fineko/abc.az. 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvəkkil banklar vasitəsilə 138,5 milyon manat əlavə dəyər vergisini (ƏDV) istehlakçılara geri qaytarıb.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib. O qeyd edib ki, bu rəqəm 2020-ci ildə 33,4 milyon manat təşkil edib.
"Ötən il onlayn kassa aparatları ilə dövriyyənin məbləği əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq 15,6 milyard manata çatıb. Bu artımda "ƏDV geri al" layihəsinin mühüm rolu var. Məqsəd-hədəf baxımından layihə ilə sıx koordinasiya olunmuş bu rəqəmsal həll pərakəndə ticarət və ictimai iaşə sektorunda iqtisadi münasibətləri əhəmiyyətli şəkildə şəffaflaşdırıb, - deyə o, qeyd edib.
21 Avqust 2026
21 Avqust 2026