10:58 - 25.02.2022
25 fevral, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə 8,5 mlrd. manat daxil olub. Daxilolmaların həcmi proqnoza nisbətən 17,6%, əvvəlki illə müqayisədə isə 15,5% çox olub.
ABC.AZ-ın məlumatına görə, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda keçirilən Forumda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Onun sözlərinə görə, vergi daxilolmalarının büdcə gəlirlərində payı 2021-ci ildə 32,3% təşkil edib.
"Bu göstərici 2020-ci ilin müvafiq göstəricisindən 2,4% çoxdur. Xüsusilə önəmlidir ki, fiskal öhdəliklər üzrə müsbət trendin əldə edilməsi qiymət dinamikasının təsirləri ilə deyil, daha çox pandemiya sonrası iqtisadi bərpanın başlaması və istehlak tələbinin artması hesabına baş verib", - deyə O. Nəzərli qeyd edib.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026