12:20 - 24.02.2022
24 fevral, Fineko/abc.az. İri avtomobil istehsalçısı "Stellantis" zavodunu Rusiyadan köçürməyi və ya mümkün sanksiyalara görə istehsalı azaltmağı düşünür.
ABC.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Nəşr Konsernin rəhbəri Karlos Tavaresdən sitat gətirib:
"Əgər zavodu ehtiyat hissələri ilə təmin edə bilməyəcəyimiz halda, ya bu istehsalı başqa ölkələrə köçürmək, ya da məhdudlaşdırmaq məcburiyyətində qalacağıq".
WSJ-nin yazdığına görə, bu, Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ABŞ və müttəfiqlərinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi mümkün sanksiyalar ilə bağlı olaraq nəzərdən keçirilir.
18 Avqust 2026