Alüminiumun qiyməti kəskin bahalaşıb

12:11 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Alüminiumun qiyməti kəskin bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, London Metal Birjasında (LME) ticarət zamanı alüminiumun qiyməti bir ton üçün 3400 dollar həddini keçərək tarixi maksimumunu yeniləyib.

Bakı vaxtı ilə saat 11:45-ə olan məlumata görə, metal bir ton üçün 3443 dollara satılıb.