Bu gün AMB 250 milyon manat həcmində qısamüddətli notlar təklif edəcək

12:51 - 2.05.2018


2 may, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, 50101767S dövlət nömrəli  qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac mayın 2-də keçiriləcək.

“Hər birinin nominal dəyəri 100 manat olmaqla, cəmi 250 milyon manat həcmində notlar təqdim ediləcək. Notların tədavül müddəti 28 gün təşkil edəcək”, - məlumatda belə deyilir.