Bir ayda Azərbaycanda 102 ədəd avtomobil yığılıb

17:32 - 16.02.2022


16 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında 102 ədəd və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 6 ədəd çox minik avtomobili istehsal olunub.

ABC.AZ-ın məlumatına görə, 01.02.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 399 ədəd təşkil edib.

2022-ci ilin yanvar ayında 30 ədəd traktor istehal edilib. Ötən ilin müvafiq ayında traktor istehalı olmamışdı.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 2043 ədəd və ya 2020-ci illə müqayisədə 4,8% çox (və ya 93 ədəd çox) minik avtomobili istehsal olunub (yığılıb).