Rövnəq Abdullayev kollektivə təqdim edildi

14:10 - 15.02.2022


15 fevral, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov birinci müavini Elnur Əliyev və müavini Rövnəq Abdullayevi kollektivə təqdim edib.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, nazir yeni təyinat münasibətilə Elnur Əliyevi və Rövnəq Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.

Qeyd edək ki, fevralın 10-da Prezident İlham Əliyev Rövnəq Abdullayevin SOCAR prezidenti vəzifəsindən azad edib, iqtisadiyyat nazirinin müavini təyin edib.