14:22 - 14.02.2022
14 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında Azərbaycanda 9 257,6 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.
Sözügedən dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6%, qeyri neft-qaz sektorunda isə 8,8% artıb.
Qeyd edək ki, bəhs olunan dövrdə ÜDM istehsalının 54,4%-i sənaye, 8,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,0%-i tikinti, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4%-i informasiya və rabitə, 1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olub.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026