11:48 - 14.02.2022
14 fevral, Fineko/abc.az. 2021-ci ildə dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə yanaşı, Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə bağlı əldə edilən yüksək artım tempi xarici ticarət balansında müsbət dinamikaya səbəb olub.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, ötən il bu göstərici 3,5 dəfə artaraq 10,5 milyard dollara çatıb.
Müəllif: Elmir Murad
21 Avqust 2026
21 Avqust 2026