Jurnalistlər üçün vergi güztləri ediləcək - Detallar

16:16 - 11.02.2022


11 fevral, Fineko/abc.az. Dövlət Vergi Xidməti tərəfindən Medianın İnkişafı Agentliyi (MEDİA) ilə birlikdə jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı müəyyən təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

ABC.AZ xəbər verir ki, bunu müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, dövlətin mediaya yanaşması həmişə həssas olub:

“Dünyanın hər tərəfində mediaya münasibət həssasdır. Vətən müharibəsi dövründə də Azərbaycan mediasının rolu danılmazdır. Tək Dövlət Vergi Xidməti deyil, bütün aidiyyəti dövlət orqanları öz səlahiyyətləri daxilində medianın ölkədə inkişafının dəstəklənməsi ilə bağlı müvafiq tədbirlər görür" deyə S.Musayeva bildirib.