11:08 - 11.02.2022
11 fevral, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar ayında emal sektorunda elektrik avadanlıqlarının istehsalı 93,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 61,6 faiz, hazır metal məmulatlarının istehsalı 59 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 50,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1 faiz artıb.