10:27 - 10.02.2022
10 fevral, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov özünə yeni müşavir təyin edib.
ABC.AZ xəbər verir ki, yeni müşavir Nazim Səmədov olub.
Qeyd edək ki, N.Səmədov bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aparat rəhbəri, daha öncə isə mədəniyyət və turizm nazirinin müavini vəzifələrində çalışıb.
O, 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdiri müavini vəzifəsində işləyib.
2006-2011-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsini icra edib.
21 Avqust 2026
21 Avqust 2026